Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Heydər Əliyev Mərkəzində “Çövkən-at yarışlarının təşkili” layihəsinin açılışı keçirilib.

07 dekabr 2017 | 16:00

Samux rayon Heydər Əliyev Mərkəzində  “Çövkən-at yarışlarının təşkili” layihəsinin açılış mərasimi keçirilib. 07.12.2017 “Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Samux rayonunda “Çövkən-at yarışlarının təşkili” layihəsi çərçivəsində yarışların açılış tədbiri həyata keçirib. Layihənin məqsədi Samux rayonunda gənc nəsil arasında sağlam həyat tərzini təbliğ etmək və idmana marağın artırılmasıdır. Layihə çərçivəsində Samux rayon Heydər Əliyev Mərkəzində ilk tədbir keçirilib. Tədbirdə Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə, Sərkar kənd yeniyetmə və gəncləri, layihənin təlimçisi Afərim Namazova, ekspert Raziyə Qasımova, Samux rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Rasim İmamquliyev iştirk ediblər. Layihənin icrasına əsasən Samux şəhəri, Karayeri qəsəbəsi, Hacıallı və Füzuli kəndlərinin gəncləri cəlb olunub. İştirakçılar arasında peşəkar at sürənlər və at sürməyə marağı olan gənclər iştirak edib. Yarış iştirakçıları öncədən təlimatlandırılıb və “Çövkən oyunlarının” tarixi və əhəmiyyəti haqqında məlumat verilib. Tədbirdə gənclərə maarifləndirici buklet və posterlər paylanıb. Tədbirin sonunda isə təlim zamanı fəal iştirak edən gənclərə diplomlar təqdim olunub. Layihə şərşivəsində silsilə tədbirlər davam etdiriləcək.

Keçidlər