Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda ağır atletika idman növü üzrə kişilər və qadınlar arasında ölkə kuboku yarışı keçirilmişdir

04 dekabr 2017 | 16:00

Samux rayon idmançıları , Zirvə Ağır Atletika İdman Kompleksinin yetirmələri  Sənan Quliyev və Mürsəl Quliyev ağır atletika idman növü üzrə kişilər və qadınlar arasında ölkə kuboku yarışında iştirak etdilər. 01-04 dekabr 2017-ci il tarixlərdə Şüvəlan qəsəbəsi Ağır Atletika Akademiyasının idman bazasında təşkil olunmuş ağır atletika idman növü üzrə kişilər və qadınlar arasında ölkə kuboku yarışında idmançımız Sənan Quliyev 77 kq çəki dərəcəsində birdən qaldırmada 126 kq-da çempion oldu. Təkanla qaldırmada 151 kq-ın öhdəsindən uğurla gəldi. 277 kq-ın öhdəsindən uğurla gələrək ümumi xal hesabında 2-ci yerə layiq görüldü . İdmançımızı bu qələbə münasibəti ilə təbrik edirik.

Keçidlər