Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Yaz notları” festivalı keçirildi

28 noyabr 2017 | 16:00

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Yaz notları” gənclərin yaradıcılıq festivalı layihəsini icra edir.

Layihə çərçivəsində Samux rayon Heydər Əliyev Mərkəzində festival keçirilib.

Festivalda Samux rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Aygün Həsənzadə, Samux şəhər musiqi məktəbinin direktoru Ülviyyə Nadirova, musiqi müəllimləri, Mədəniyyət Evlərinin işçiləri və valideynlər iştirak ediblər.

“Yaz notları” gənclərin yaradıcılıq festivalında Uşaq Musiqi Məktəblərində təhsil alan və musiqinin müxtəlif sahələrinə maraq göstərən yeniyetmələr öz istedadlarını nümayiş etdiriblər. Onların ifasında muğam, mahnı janrlarında musiqilər səslənib, həmçinin müxtəlif çalğı alətlərində ifalar dinlənilib.

Əsl musiqi bayramına çevrilən festival iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda festival iştirakçılarına diplomlar təqdim olunub.

Keçidlər