Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Sərkar kənd tam orta məktəbin şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya edib

28 noyabr 2017 | 16:00

Noyabrın 28-də Sərkar kənd tam orta məktəbin şagirdləri Samux rayon Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.
Ekskursiyanın həyata keçirilməsində məqsəd məktəblilərin Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti ilə əyani tanış olmalarına yardımçı olmaq olub.
Ekskursiyaya başlamazdan əvvəl Ümummilli liderin abidəsi önünə gül dəstələri qoyulub. Məktəblilərə Heydər Əliyev Mərkəzində Mərkəzin direktoru Aygün Həsənzadə və məsul işçilər tərəfindən Heydər Əliyevin həyatının müəyyən dövrlərini əks etdirən fotoşəkillər nümayiş etdirilib, Ulu öndərə aid olan diplomların, bir sıra imzalı rəsmi sənədlərin surətlərindən ibarət bölmə və qədim Azərbaycan xəritəsini əks etdirən elektron lövhə şagirdlərə göstərilib. Daha sonra şagirdlər Mərkəzdə fəaliyyət göstərən 3D kinoteatr, elektron kitabxana, məktəblilərin əl işlərindən ibarət rəsm və əl işlərinin sərgiləndiyi otaqlarla tanış olublar. Sonda Mərkəzdə xatirə şekli çəkilib.

Keçidlər