Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Hüseyn Cavidin 135 illik yubileyi ilə bağlı tədbir keçirildi

27 noyabr 2017 | 16:00

Samux rayon Ziyadlı kənd tam orta məktəbdə azərbaycanlı şair, yazıçı, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin 135 illik yubileyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib.
Tədbirin keçirilməsində məqsəd dahi Azərbaycan şairinin həyatı və yaradıcılığı ilə məktəbliləri maarifləndirmək və ədəbiyyat fənninə marağın artırılması olub.
Keçirilmiş tədbirdə ilk olaraq Hüseyn Cavidin həyatı və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verilib. Daha sonra məktəbin VII, VIII və IX sinif şagirdləri tərəfindən H. Cavidin “Qız məktəbində” şeiri, “Ana” dramından səhnəcik, “İblis” əsərindən İblisin monoloqu, “Kor ərəb” mahnısı və şeirlər səsləndirilib.

Keçidlər