Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Burunqovaq kənd ümumi orta məktəbdə yeni modul tipli məktəb quraşdırılıb

23 noyabr 2017 | 16:00

2017-2018-ci tədris ilində Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Burunqovaq kənd ümumi orta məktəb üçün yeni modul tipli məktəb quraşdırılıb.
160 yerlik tutumu olan və 3 korpusdan ibarət modul tipli məktəbdə 8 tədris üçün otaq, 1 müəllimlər otağı, qarderob, 4 sanitar qovşaq mövcuddur.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin ötən ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti cənab İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq respublika ərazisində belə məktəblər quraşdırılır.
Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Həmçinin qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesinin dayandırılmaması məqsədilə səyyar modul tipli məktəblərin quraşdırılması da nəzərdə tutulur.
Qeyd edək ki, Burunqovaq kəndi rayon mərkəzindən 72 km uzaqda Gürcüstan Respublikası ilə sərhəddə yerləşən ucaq kənddir. Qısa müddət ərzində istənilən relyefdə quraşdırıla bilən modul tipli məktəbin yanvar ayından etibarən istifadəyə verilməsi planlaşdırılıb

Keçidlər