Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq hüquqları” aylığı çərçivəsində Samuxda tədbirlər keçirilib

01 noyabr 2017 | 16:00

“Uşaq hüquqları” aylığı çərçivəsində dəyirmi masa bu dəfə Samuxda baş tutub. Uşaqların hüquqlarının qorunmasında, sosial problemlərinin həllində atılan addımlardan danışılan görüşdə kənd və qəsəbələrdə uşaqların pis vərdişlərdən, narkomaniyadan qorunması, qızların erkən nigaha cəlb olunmasının qraşısını almaq üçün ailələrlə görüşlərin əhəmiyyətinə diqqət çəkilib. Diskusiya şəklində davam edən tədbirdə yetişməkdə olan gənc nəslin milli mənəvi dəyərlər, vətənpərvərlik ruhunda böyüməsi üçün maarifləndirmənin vacibliyini vurğulayıblar. “Uşaq hüquqları” aylığı oktybrın 20-dən noyabrın 20-dək keçirilir.
Natiq Hüseyn

Keçidlər