Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Konstitusiya Günü qeyd olunub

10 noyabr 2017 | 16:00

Samuxda ölkənin əsas qanunu olan konstitusiyanın ümumxalq səsverməsi ilə qəbul edildiyi gün bayram edilib. Keçirilən elmi-nəzəri konfransda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyasının demokratik dəyərlərə söykəndiyi, insan hüquq və azadlıqlarını təmin etdiyi vurğulanıb. Azərbaycanın beynəlxalq qurumlara və təşkilatlara üzvlüyü ilə əlaqədar ana qanuna edilən dəyişikliklərdə milli maraqların hər zaman üstün tutulduğu önə çəkilib. Konstitusiyanın beynəlxalq əməkdaşlıq üçün də hüquqi baza rolunu oynadığına və dövlət quruculuğunun əsaslarını qoyduğuna diqqət çəkən natiqlər bunun ölkənin inkişafı baxımından da müstəsna əhəmiyyətini önə çəkiblər.

Natiq Hüseyn

Keçidlər