Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon üzrə 2017-2018-ci tədris ilində 7 tam orta məktəbdə təmayül sinif fəaliyyət göstərir

15 noyabr 2017 | 16:00

2016-2017-ci tədris ilində “Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genirşləndirilməsi haqqında” Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən ölkənin bir çox şəhər və rayonlarında təmayül siniflər yaradıldığı kimi Samux rayon İnstitut qəsəbə tam orta məktəbdə də Texniki-təbiət fənləri üzrə təmayül sinif açılıb.
Bu istiqamətdə görülən işlər genişləndirilərək 2017-2018-ci tədris ilində Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəbləri üzrə daha 6 (şəhər 1 nömrəli məktəb-lisey və şəhər 3 nömrəli tam orta məktəbdə Riyaziyyat-İqtisadiyyat-humanitar, şəhər 2 nömrəli tam orta məktəbdə Texniki-riyaziyyat-iqtisadiyyat, Qarayeri qəsəbə 1 nömrəli məktəb-lisey və Ziyadlı kənd tam orta məktəbdə Texniki-təbiət kombinə olunmuş, Sərkar kənd tam orta məktəbdı isə Riyaziyyat-iqtisadiyyat fənnləri üzrə) tam orta məktəbdə təmayül sinif yaradılıb.
Qeyd edək ki, 2017-2018-ci tədris ilində fəaliyyət göstərən təmayül siniflərdə ümumilikdə 148 nəfər şagird təhsil alır.

Keçidlər