Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda ağırlıq qaldırma idman növü üzrə qərb zonası üzrə respublika yarışlarının IV seçmə mərhələsi keçirildi.

04 noyabr 2017 | 16:00

04-05 noyabr 2017-ci il tarixdə Samux -Zirvə İdman Klubunun ağır atletika zalında ağırlıq qaldırma idman növü üzrə qərb zonası üzrə Respublika yarışlarının IV seçmə mərhələsi keçirildi. Məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyyat qüvvənin nəzərdən keçirilməsi, , güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər aradında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.Samux rayon idmançılarından
Sənan Quliyev 77 kq-da birinci yerə layiq görüldü. Yarış uğurla sona çatdı. Bütün qalibləri təbrik edirik.

Keçidlər