Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Samux rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə bağlı silsilə tədbirlər davam etdirilir.

20 oktyabr 2017 | 16:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə bağlı ölkəmizin bütün bölgələrində silsilə tədbirlər keçirilir. YAP Samux rayon təşkilatı da bu tarixi hadisə ilə əlaqədar ardıcıl olaraq tədbirlər reallaşdırır.
YAP Samux rayon təşkilatının və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 20 oktyabr 2017-ci il tarixdə YAP Samux rayon təşkilatının foyesində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar Samux rayon ümumtəhsil məktəbləri arasında bədii qiraət üzrə müsabiqə, rəsm və əl işlərindən ibarət sərgi keçirildi.
İlk öncə tədbir iştirakçıları məktəblilərin rəsm sərgiləri və əl işləri ilə tanış oldular. Tədbirdə Samux rayon ümumtəhsil məktəblərinin şagirdləri bədii qiraətlə çıxış etdilər.Tədbir iştirakçıları məktəblilərin cıxışlarını böyük maraq və alqışlarla qarşıladılar.Tədbirin sonunda qeyd edildi ki, Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş yekun tədbirdə qalib məktəblərin komandaları qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Keçidlər