Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Milli qəhrəman Eltun İsgəndərov doğum günündə qeyd edildi

21 oktyabr 2017 | 16:00

Məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Şəhidin təhsil aldığı Əhmədbəyli kənd tam orta məktəbinə toplaşanlar dövlətin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərdiyi qayğıdan danışıblar. Onların həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərdən söhbət açılıb. Eltun İsgəndərovun doğmaları, yaxınları Milli qəhrəmanla bağlı xatirələrini bölüşüblər. eləcə də məktəblilər vətənpərvər ruhda qələmə alınan şerlər səsləndiriblər. 8 il bundan öncə dövlət sərhəddini pozan bir qrup cinayətkara qarşı mübarizədə qəhrəmancasına şəhid olan Eltunun xatirəsinin daim uca tutulacağı vurğulanıb.
Etibar Abbasova - Əhmədbəyli kənd tam orta məktəbinin direktoru:“Eltun İsgəndərov bizim məktəbimizin məzunudur. Məktəbimizin bütün şagirdləri onun kimi vətənpərvər olmağa, onun kimi hərbi sahədə qulluq etmək üçün, Eltondan ibrət götürürlər. Eyni zamanda biz, şagirlərin köməyi ilə məktəbimizdə Eltuna aid muzeydə düzəltmişik və bütün şagirdlər bu muzeyə baxır, hətta onlar öz qəlblərində Eltun yüksəkliyinə, Eltun zirvəsinə qalxmaq üçün, əllərindən gələni əsirgəmirlər. ”

Keçidlər