Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda məktəbdənkənar təhsil müəssisələrinin işçilərinin iştirakı ilə iclas keçirilib

16 oktyabr 2017 | 16:00

Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin işçilərinin iştirakı ilə iclas keçirilib.
İclasın keçirilməsinə məqsəd məktəbdənkənar təhsil müəssisələrində edilən dəyişikliklər barədə, əsasən əvvəllər mövcud olmuş Uşaq-Gənclər Şahmat məktəbi və Uşaq-Gənclər İdman Məktəbinin strukturu dəyişdirilib iki müəssisənin bir Uşaq-Gənclər İdman Şahmat Məktəbi adlı müəssisədə, Ekoloji Tərbiyə və Təcrübəçilik mərkəzi, Uşaq Yaradıcılığı və Gənc Texniklər mərkəzi adlı məktəbdənkənar müəssisənin strukturunun dəyişdirilib üç müəssisənin bir Uşaq-Gənclər İnkişaf Mərkəzi adlı müəssisədə birləşdirilməsi haqqında məlumat vermək, həmin müəssisələrdə çalışanların işlərinin təkmilləşdirilməsi barədə tövsiyyə və təkliflərin verilməsindən ibarət olub.
Həmçinin, məktəbdənkənar təhsil müəssisələrinin iş planı və fəaliyyətləri müzakirə olunub.

Keçidlər