Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun İnstitut qəsəbəsində səyyari görüşü keçirilmişdir.

11 oktyabr 2017 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun İnstitut  qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə İnstitut  qəsəbə  inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Səbuhi Məmmədov qəsəbə barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qəsəbədə  görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Xəlilova Atlas Məhəmməd qızı çıxış edərək  yaşadıqları çoxmənzilli binanın məişət suyu ilə təmin edən subartezian nasosunun yenisi ilə əvəz edilməsini xahiş etdi evinin qarşısındakı qəzalı vəziyyətdə olan işıq dirəyinin dəyişdirilməsini xahiş etdi.
2. Emilov Mövlud Şuqi oğlu öz çıxışında qəsəbənin giriş hissəsinin elektrik enerjisi ilə təmin edən transformatordan çıxan elektrik naqillərinin təmirini xahiş etdi.
3. Kazımova Xumar Əli qızı  Fikrət Əmirov  küçəsində yerləşən iki binanın suyunu təmin edən boruların təmir edilməsini xahiş etdi.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev  qəsəbə   sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi

Keçidlər