Şriftin ölçüsü :

Saytın rəngi :

Samux məktəbliləri "Kİm? Nə? Harada?" intellektual bilik yarışında iştirak edib

10 oktyabr 2017 | 16:00

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci ildə elan etdiyi 2-ci maliyyə yardımı müsabiqəsinin nəticələrinə əsasən, “Azərbaycançılıq və hərb tariximiz” mövzusunda qərb regionunun məktəbliləri arasında gerçəkləşən Nə? Harda? Nə zaman? intellektual yarışmasının final mərhələsi həyata keçirilib.
Yarışın final mərhələsi çərçivəsində Gədəbəy, Naftalan, Samux və Şəmkir rayon ümumi təhsil məktəbləri arasında keçirilmiş yarışın rayon mərhələsində qalib olan 2 komanda, ümumilikdə 8 komanda və hər komandadan 6 iştirakçı iştirak edib.
Samux rayonunu təmsil edən məktəblilərdən ibarət komandalar, 8 komanda arasında 4 və 5-ci yerə layiq görülüblər.

Keçidlər