Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Samux rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir

09 oktyabr 2017 | 16:00

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının tədbirlər planına uyğun olaraq İnstitut qəsəbə tam orta məktəb, İnstitut qəsəbə uşaq bağçası və İnstitut qəsəbə ərazi ilk partiya təşkilatlarında partiyanın yaradılmasının 25 illiyinə həsr edilmiş tədbirlər keçirilib.
YAP Samux rayon təşkilatının Şura üzvü , İnstitut qəsəbə tam orta məktəbin direktoru Gülsəba Abbasova çıxış edərək qeyd edib ki, partiyanın yaranmasının 25 illiyi ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da geniş qeyd olunur: “Xalqın istəyi ilə yaranan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın keçdiyi inkişaf yolunun bələdçisidir. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası ötən müddət ərzində böyük uğurlara imza atıb. Partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyevin dahilliyi onda idi ki, çətin günlərdə xalqımızı ətrafında birləşdirməyi bacarıb”.
İnstitut qəsəbə ərazi ilk partiya təşkilatının sədri Fərmayıl Qəhramanov da ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətin Azərbaycanın qarşısında yeni-yeni imkanlar açdığını, yeni hədəflər müəyyənləşdirdiyini bildirib.
İnstitut qəsəbə uşaq baxçası ərazi ilk partiya təşkilatının sədri İradə Məmmədova YAP-ın yaranması, keçdiyi zəngin və şərəfli tarixə qısa nəzər salaraq bildirib ki, partiya 25 il ərzində çox böyük uğurlar qazanıb.

Keçidlər