Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda məktəbəhazırlıq qruplarında məşğələlər başlanılıb

04 oktyabr 2017 | 16:00

Oktyabrın 2-də ölkənin bütün şəhər və rayonlarında olduğu kimi Samux rayon ümumi təhsil müəssisələrində də məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. 2017-2018-ci tədris ilində 593 nəfər şagird məktəbəhazırlıq qruplarında təhsil alacaq. Rayon üzrə 25 məktəbdə 35 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək.
Məktəbəhazırlıq qrupların məşğələlər həftədə 4 gün olmaqla, 12 məşğələdən ibarət olacaq. Bir gün ərzində 3 məşğələ keçiriləcək. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqədir. Beşyaşlılara il ərzində 7 fənn - ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq və nitq inkişafı, bədii təfəkkürün inkişafı, məntiqi və riyazi təfəkkürün inkişafı, təsviri fəaliyyət, musiqi və fiziki mədəniyyət fənnləri tədris ediləcək.
Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesine öncədən alışması, onlarda müəyyən bilik və bacarıqlarının formalaşmasından ibarətdir.
Qeyd edək ki,məşğələlər may ayının 31-də başa çatacaq.

Keçidlər