Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının 25 illiyi münasibəti ilə ərazi İlk partiya təşkilatlarında təbliğat xarakterli yığıncağı keçirilmişdir.

29 sentyabr 2017 | 16:00

YAP Samux rayon təşkilatında 20 sentyabr 2017-ci il tarixdən Yeni Azərbaycan Partiyasının 25 illiyi münasibəti ilə ərazi İlk partiya təşkilatlarında təbliğat xarakterli yığıncaqların keçirilməsinə başlanılmışdır. 28.09.2017-ci il tarixdə Çobanabdallı kəndində təbliğat yığıncağı keçirildi.Tədbirdə Şura üzvü Rahil Həsənov, Çobanabdallı ərazi İlk partiya təşkilatının sədri Fazil Abdıyev, Çobanabdallı tam orta məktəb ərazi İlk partiya təşkilatının sədri Əflatun Məmmədov və YAP üzvləri iştirak etdilər.
Tədbirdə çıxış edən natiqlər partiyanın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, onun yaradıcısı, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki rolundan söhbət açaraq, Yeni Azərbaycan Partiyasının əldə etdiyi uğurlar və qazandığı nailiyyətlərdən bəhs etdilər.Tədbirin sonunda bir qrup YAP üzvünə üzvlük vəsiqəsi təqdim edildi

Keçidlər