Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Samux rayon təşkilatında 20 sentyabr 2017-ci il tarixdən Yeni Azərbaycan Partiyasının 25 illiyi münasibəti ilə ərazi İlk partiya təşkilatlarında təbliğat xarakterli yığıncaqların keçirilməsi davam etdirilir.

27 sentyabr 2017 | 16:00

YAP Samux rayon təşkilatında 20 sentyabr 2017-ci il tarixdən Yeni Azərbaycan Partiyasının 25 illiyi münasibəti ilə ərazi İlk partiya təşkilatlarında təbliğat xarakterli yığıncaqların keçirilməsi davam etdirilir. 26 sentyabr tarixdə Yuxarı Ağasbəyli və Aşağı Ağasbəyli kəndlərinin birgə təbliğat yığıncağı keçirildi.Tədbirdə İdarə Heyətinin üzvü Mehman Əliyev, Yuxarı Ağasbəyli ərazi ilk partiya təşkilatının sədri Sakit Ağayev, Aşağı Ağasbəyli ərazi ilk partiya təşkilatının sədri Faxrəddin Eminov, Yuxarı Ağasbəyli tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri Gülsəfa Məhərrəmova və YAP üzvləri iştirak etdilər.
Tədbirdə çıxış edən natiqlər öz çıxışlarında qeyd etdilər ki, partiyanın bütün üzvləri onun yaradıcısı və xalqımızın Ümummilli lideri Heydər Əliyev ideyalarına daim sadiq olmuş və onun göstərdiyi yolla getmişdir. Bu gün ölkəmizin sürətli inkişafında, tərəqqisində hakim partiyanın böyük rolu var. 1993-cü ildən iqtidarda olan YAP-ın sıraları gündən-günə kəmiyyət və keyfiyyət baxımından daha da təkmilləşir nüfuzu artır. Partiyanın sıralarında yüz minlərlə üzvün birləşməsi ona olan inamın göstəricisidir.

Keçidlər