Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyinə həsr olunmuş , tam orta məktəb komandaları arasında keçirilən voleybol idman növü üzrə rayon birinciliyinə start verilmişdir.

27 sentyabr 2017 | 16:00

27 Sentyabr  2017-ci il tarixdə Samux şəhər  2 saylı tam orta məktəbdə Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman İdarəsinin , Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının  və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyinə həsr olunmuş ,tam orta məktəb komandaları arasında keçirilən voleybol  idman növü üzrə rayon birinciliyi start götürdü. Yarışı keçirməkdə məqsəd idmanın  kütləviliyini artırmaq , Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyinin təntənəli surəttə qeyd olunması, məktəblilər arasında valeybol idman növünə marağın dahada artırılmasıdır. Yarışda ümumilikdə 12 tam orta məktəb komandası iştirak edir. Bu gün yarışın qrup və yarımqrup mərhələləri sona çatdı.  28 Sentyabr 2017-ci il tarixdə birinciliyin yarımfinal və final mərhələsində  Samux şəhər 2 saylı , Qarabağlar və Yuxarı Ağasıbəyli kənd tam orta məktəb komandaları mübarizə aparacaq. Yarış iştirakçılarının hər birinə uğurlar arzulayırıq.

Keçidlər