Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Samuxda qəbul keçirəcək

25 sentyabr 2017 | 16:00

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən sentyabrın 29-da saat 11.00-da Samux şəhərində Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulu keçiriləcək.

Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, qəbulda yalnız Gəncə şəhərinin, Samux, Daşkəsən, Gədəbəy, Göygöl rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Samux şəhərində Heydər Əliyev Mərkəzində   28 sentyabr 2017-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Keçidlər