Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda məktəb direktorlarının iştirakı ilə təhsilyanı şura iclası keçirilib

22 sentyabr 2017 | 16:00

Sentyabr ayının 22-də Samux Rayon Təhsil Şöbəsində rayon ümumi təhsil məktəb direktorlarının iştirakı ilə növbədənkənar təhsilyanı şura iclası həyata keçirilib.
Keçirilmiş iclasda Samux RTŞ-nin müdiri Gülağa Hüseynov və Müdir müavini Faiq Həsənov çıxış edərək müəllimlərin yerdəyişməsi və işə qəbulu, diaqnostik qiymətləndirmə itahanının nəticəsinə uyğun dərs bölgüsü, təhsil sənədinin tanınması və  digər məsələlərlə əlaqədar məlumatlar verilib.
Həmçinin, müəllimlərin işə qəbulu imtahanının iki mərhələsi nəticəsində məktəblərə təyin olunmuş müəllimərin yer tutmasından sonra boş vakant qalan yerlərin müəyyən edilib Təhsil Nazirliyinə təqdim olunması ilə bağlı tapşırıq verilib. İclas diskussiya şəklində davam edib, məktəb direktorlarını maraqlandıran suallar cavablandırılıb

Keçidlər