Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Sərkar kəndində “İslam mədəniyyətində həmrəylik” adlı dəyirmi masa keçirilmişdir.

19 sentyabr 2017 | 16:00

Samux rayon Sərkar kəndində “İslam mədəniyyətində həmrəylik” adı altında dəyirmi masa keçirilib.
İlk olaraq çıxış edən Samux rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə iş şöbəsinin  müdir  müavini Vüqar Tağıyev  Respublikamızın çoxsaylı siyasi, mədəni beynəlxalq tədbirlərə yüksək səviyyədə evsahibliyi etməsinin əhəmiyyətindən, İslam dünyasında özünəməxsus mövqeyə malik olan Azərbaycanın mövcud potensial, gerçəkləşdirdiyi genişmiqyaslı müasir infrastruktur layihələrin, idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində təşkilinə əlverişli şərait yaratmasından söhbət açıb. Daha sonra çıxış edən rayonun dini icmasının sədri İlham Məmmədov İslam dünyasında özünəməxsus mövqeyə malik olan dövlətimizin hər zaman islami dəyərlərə hörmətlə yanaşıldığını, islam dininin yüksək əxlaqi dəyərlərlə zəngin tərbiyəvi xüsusiyyətlərindən söhbət açdı.

Keçidlər