Şriftin ölçüsü :

Saytın rəngi :

Pensiya təminatı sahəsindəki yeni dəyişikliklərlə bağlı seminar-müşavirədə samuxlu nümayəndələr də iştirak etmişlər.

15 avqust 2017 | 16:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Gəncə şəhərində seminar-müşavirə keçirib. Tədbirdə DSMF-nin Gəncə şəhər Kəpəz və Nizami, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Goranboy, Samux, Göygöl, Daşkəsən, Naftalan, Xocalı, Kəlbəcər rayon (şəhər) şöbələrinin aidiyyəti sektorlarının əməkdaşları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə məqsəd “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli Qanununun tətbiqi və Prezident İlham Əliyevin “Əmək pensiyaları haqqında” Qanunun tətbiq edilməsi barədə” müvafiq fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 1 may tarixli fərmanının icrası ilə bağlı fondun yerli orqanlarının pensiya və sosial sığorta sektorları əməkdaşlarına müvafiq tapşırıq və izahatların verilməsi olub.
Seminar-müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şöbə müdirinin müavini Eyvaz İsmayılov pensiya qanunvericiliyindəki yeni dəyişikliklər və onların mahiyyətindən bəhs edərək, bu islahatın ölkədə pensiya təminatı sisteminin qabaqcıl dünya təcrübəsi əsasında daha da təkmillləşdirilməsinə xidmət etdiyini vurğulayıb. Tədbirdə pensiya qanunvericiliyindəki yeni dəyişikliklərlə bağlı fondun yerli orqanlarının pensiya və sosial sığorta sektorları əməkdaşlarının qarşısında duran vəzifələr, konkret istiqamətlər üzrə görüləcək işlər diqqətə çatdırılıb.

Keçidlər