Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Qaraarx qəsəbəsində səyyari görüşü keçirilmişdir.

08 avqust 2017 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qaraarx qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qaraarx  qəsəbə  inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi qəsəbə barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qəsəbədə  görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Məmmədov Razim Aslan  oğlu  çıxış edərək  evinin qarşısındakı qəzalı vəziyyətdə olan işıq dirəyinin dəyişdirilməsini xahiş etdi     .
2. İsmayılov Saxrəddin Balaqardaş oğlu  öz çıxışında 1 ədəd  subartezian quyusunun vurulmasını xahiş etdi .
3. Mehdiyev Fazil Qərib oğlu kənddə qaz təzyiqinin gecələr azaldığı üçün köməklik göstərilməsini  xahiş etdi.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev  qəsəbə   sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi

Keçidlər