Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra hakimiyyəti başçısı yanında fəaliyyət göstərən şuranın növbəti iclası keçirildi.

10 avqust 2017 | 16:00

 

Samux rayonu İcra hakimiyyəti başçısı  yanında fəaliyyət göstərən  şuranın növbəti geniş tərkibli iclası keçirildi.  Rayon İcra hakimiyyətinin başçısı cənab Alı Qocayevin  sədrliyi ilə keçirilən iclasda  rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Şura iclası rayon İcra hakimiyyətinin  akt zalında keçirilirdi.
Tədbiri giriş sözü ilə açan cənab Alı Qocayev  ilk öncə şuranın müazkirəsinə çıxarılan məsələlər barədə ətraflı məlumat verdi.
Şurada müzakirəyə çaxarılmış məsələlərə dair İcra Hakimiyyəti  başçısının Humanitar məsələlər üzrə müavini-şöbə müdiri Kəmalə Xəlilova “Dövlət sirri haqqında” Azərbaycan Respuplikasının Qanunundan irəli gələn vəzifələrdən və onların icra vəziyyətindən, İcra Hakimiyyəti  başçısının İnformasiya təminatı və təhlili sektorunun müdiri Qarayev Elmar “İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin əsas istiqamətlərindən biridir” mövzusu barədə geniş məruzələrlə çıxış etdilər.
Məsələlər ətrafında geniş müzakirələr aparıldı,  İcra başçısı aidiyyatı üzrə müvafiq tapşırıqlarını verdi. Şura iclası işgüzar şəraitdə keçdi.

Keçidlər