Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Tatlı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.

01 avqust 2017 | 16:00

01.08.2017-ci il tarixdə Samux  Rayon  İcra Hakimiyyətinin  başçısı cənab  Alı Qocayevin rayonun Tatlı   kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd  sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Tatlı    kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi.  Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Mehdiyev Zirəddin Qənbər oğlu transformatora daxil olan elektrik  naqillərinə  bilərəkdən zərər gətirmiş şəxsin cəzalandırılmasını xahiş etdi.
2. Əliyev Fəxrəddin Allahverən oğlu bir ədəd subartezian quyusunun vurulmasını xahiş etdi.
3. Kərimov Namaz Xanlar oğlu şəhid bulağının bərpası ilə əlaqədar köməklik göstərilməsini xahiş etdi.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

 

Keçidlər