Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Samux rayonunda 9 min 300 hektar sahədə taxıl biçiləcək

05 iyul 2017 | 16:00

Fermerlər Samuxda taxıl biçininə başlayıblar. Bu məqsədlə rayon fermerləri aqrolizinqlə müqavilə bağlayaraq, növbəlilik əsasında biçin kampaniyasına qoşulublar. Hazırda sahələrdə məhsulun vaxtında və itkisiz yığılması üçün işlər aparılır.
Samux rayon Kənd Təsərrüfatı İdarəsindən  bildirilib ki, bu il 2 min 900 hektar arpa və 6 min 400 hektar sahədə buğda biçini aparılacaq.
Hazırda sahələrdə hüquqi və fiziki şəxslərə məxsus 24 kombayn taxıl biçinini həyata keçirir. Rayon üzrə taxıl məhsullarında orta məhsuldarlıq hər hektardan 29,8 sentner proqnozlaşdırılır.
Bu il dənli bitkilərin satışındakı qiymət artımı da fermerləri qane edir. Hazırda buğdanın kiloqramı 30 qəpiyə, arpanın kiloqramı isə 25 qəpiyə alıcılara təklif olunur.

Keçidlər